...

ARDNŞ dəniz yatağında yeni quyular qazır

Energetika Materials 31 İyul 2012 19:43 (UTC +04:00)
Kompleks Qazma İşləri Trestinin ''Neft Daşları'' Dəniz Qazma İşləri İdarəsi "Abşeronneft" NQÇİ-nin sifarişi ilə “Darvin bankası” yatağında 2 yeni quyunun qazmasına başlayıb.
ARDNŞ dəniz yatağında yeni quyular qazır

Azərbaycan, Bakı, 31 iyul /Trend/

Kompleks Qazma İşləri Trestinin ''Neft Daşları'' Dəniz Qazma İşləri İdarəsi "Abşeronneft" NQÇİ-nin sifarişi ilə "Darvin bankası" yatağında 2 yeni quyunun qazmasına başlayıb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, yataqdakı 670 nömrəli meydançadan 665 nömrəli quyunun layihə dərinliyi 1550 metrdir. 620 nömrəli meydançadakı 684 nömrəli quyunun layihə dərinliyi isə 1380 metrdir.

Geoloqların hesablamalarına görə, Qirməki Dəstəsinə qazılan quyuların hər birindən sutkada 5 ton neft hasil ediləcək.

Xəbər lenti

Xəbər lenti