...

İndoneziya Azərbaycanda köhnə yataqlarda neft hasilatının intensivləşdirilməsi metodlarını öyrənə bilər

Energetika Materials 18 Sentyabr 2012 12:04 (UTC +04:00)
İndoneziya enerji sahəsində Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə sənaye və energetika naziri Natiq Əliyev bildirib.
İndoneziya Azərbaycanda köhnə yataqlarda neft hasilatının intensivləşdirilməsi metodlarını öyrənə bilər

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir A.Bədəlova/

İndoneziya enerji sahəsində Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə sənaye və energetika naziri Natiq Əliyev bildirib.

"İndoneziya ildə 45 milyon tona yaxın neft hasil edən ölkədir. Lakin Azərbaycanla müqayisədə İndoneziyanın əhalisi çoxdur və ona görə də, hasilatın bu həcminə baxmayaraq, ölkə neft idxal etməyə məcburdur", - nazir deyib.

Dünən Əliyev Bakıda səfərdə olan İndoneziyanın iqtisadi məsələlər üzrə koordinasiya naziri Hatta Racasanı qəbul edib.
Əliyevin sözlərinə görə, ölkələr nazirliklər arasında sıx qarşılıqlı əlaqələr qurmağı, eləcə də mütəxəssislərin qarşılıqlı səfərlərini təşkil etməyi qərara alıblar. Nazir bildirib ki, indoneziyalı mütəxəssislər Azərbaycanda köhnə yataqlarda neft hasilatının intensivləşdirilməsi metodlarını və başqa digər yenilikləri öyrənə bilərlər.

Görüş zamanı, habelə alternativ energetika məsələləri müzakirə olunub.

Nazirin sözlərinə görə, İndoneziyada alternativ enerjinin inkişafı üçün yaxşı şəraitin olduğu 17 min ada var.

"Biz bu sahədə də əməkdaşlıq imkanlarını müzakirə etdik", - Əliyev deyib.

Xəbər lenti

Xəbər lenti