...

Azərbaycanda yüksək texnologiyalar parkı yaradılır

Energetika Materials 27 Sentyabr 2012 14:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir E.İsmayılov/

Sumqayıt şəhərində alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı çərçivəsində yeni yüksək texnologiyalar parkı yaradılır. Bu barədə cümə axşamı jurnalistlərə Sənaye və Energetika Nazirliyi Aparatının rəhbəri Rasim Məmmədov məlumat verib.

"Ehtimal olunur ki, yeni parka yüksək texnologiyalı məhsullar istehsal edəcək 15 müəssisə daxil ediləcək", - Məmmədov deyib.

Onun sözlərinə görə, o cümlədən həmin müəssisələrdə günəş panelləri, transformatorlar, LED lampalar və alternativ energetika sahəsində istifadə olunan digər məhsullar istehsal edəcəklər.

"Bu, ölkədə alternativ energetikanın inkişafının yalnız bir istiqamətidir", - Məmmədov qeyd edib.

Xəbər lenti

Xəbər lenti