Azərbaycan, Bakı, 23 oktyabr /Trend/
Təmir işləri ilə əlaqədar olaraq oktyabrın 24-də saat 09:00-dan 19:00-dək "Azadkənd-İmişli" magistral qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, təmir işləri aparılan müddətdə İmişli, Saatlı və Sabirabad rayonlarına təbii qazın verilişində fasilələr yaranacaq.