...

ARDNŞ: "Azəri-Çıraq-Günəşli"nin işlənməsi üzrə tərəfdaşlar neft hasilatını sabitləşdirəcəklər (ƏLAVƏ OLUNUB)

Energetika Materials 24 Oktyabr 2012 12:56 (UTC +04:00)
Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi üzrə tərəfdaşlar 2013, 2014 və 2014-2024-cü illər üçün yataqda hasilat üzrə proqram hazırlayırlar.
ARDNŞ: "Azəri-Çıraq-Günəşli"nin işlənməsi üzrə tərəfdaşlar neft hasilatını sabitləşdirəcəklər (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir E.İsmayılov/

Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi üzrə tərəfdaşlar 2013, 2014 və 2014-2024-cü illər üçün yataqda hasilat üzrə proqram hazırlayırlar. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, 2013-cü ildə yataqda neft hasilatı həcminin 33 milyon ton səviyyəsində sabitləşdirilməsi proqnozlaşdırılır.

"2014-cü ildə hasilat həcmi 35 milyon tonadək artırılacaq, 2014-2024-cü illərdə isə hasilat həcmi 33 milyon ton (sutkada 700 min barel) səviyyəsində sabitləşdiriləcək", - Abdullayev deyib.

ARDNŞ prezidenti bildirib ki, hazırda həmçinin "Azəri-Çıraq-Günəşli"də uzunmüddətli hasilat proqramının hazırlanması üzrə işlər aparılır. Bu proqrama əsasən, 2014-2020-ci illər ərzində neft hasilatı ildə 33-34 milyon ton səviyyəsində proqnozlaşdırılır.

"Mütəxəssislərimizin fikrincə, bu çox yaxşı nəticədir", - Abdullayev qeyd edib.

Layihədə operatorluğun mümkün dəyişdirilməsi məsələsinə toxunan Abdullayev vurğulayıb ki, 18 il əvvəl imzalanan müqavilə onun iştirakçıları üçün böyük imkanlar yaradıb və bu dövr ərzində müqaviləyə hər hansı əlavə və dəyişikliklər edilməyib.

ARDNŞ prezidenti deyib ki, müqavilə ARDNŞ-yə istənilən addımı atmaq və öz imkanlarından istifadə etmək hüququ verir, lakin indi bunun vaxtı deyil.

O bildirib ki, "Azəri-Çıraq-Günəşli"də hasilat həcminin azaldılması texniki xarakter daşıyır. Meksika körfəzindəki problemlərdən və 2008-ci ildə "Azəri-Çıraq-Günəşli"də qaz sızıntısı aşkar edildikdən sonra yatağın işlənməsi üzrə operator (BP) riskləri idarə etmək əvəzinə onlardan imtina etməyə üstünlük verdi. Onun sözlərinə görə, bu, səhv addım deyil.

"Bu, texniki xarakterli problemlərdir", - Abdullayev qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti