...

Sənaye və Energetika Nazirliyinin rəhbər işçiləri Koreyada təlim kurslarında iştirak edəcəklər

Energetika Materials 8 Noyabr 2012 18:08 (UTC +04:00)
Azərbaycanın sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadovun rəhbərliyi altında nazirliyin investisiya və sənaye obyektlərinin yenidənqurulması şöbəsinin müdiri Ramiz Rzayev, iqtisadiyyat şöbəsinin müdiri Rafiq Əliyev və Dövlət Qaz Nəzarəti İdarəsinin rəisi Asif Zeynalov noyabrın 11-17-də Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Koreyada təşkil etdiyi təlim kurslarında iştirak etmək məqsədilə bu ölkədə səfərdə olacaqlar.
Sənaye və Energetika Nazirliyinin rəhbər işçiləri Koreyada təlim kurslarında iştirak edəcəklər

Azərbaycan, Bakı, 8 noyabr /Trend/

Azərbaycanın sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadovun rəhbərliyi altında nazirliyin investisiya və sənaye obyektlərinin yenidənqurulması şöbəsinin müdiri Ramiz Rzayev, iqtisadiyyat şöbəsinin müdiri Rafiq Əliyev və Dövlət Qaz Nəzarəti İdarəsinin rəisi Asif Zeynalov noyabrın 11-17-də Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Koreyada təşkil etdiyi təlim kurslarında iştirak etmək məqsədilə bu ölkədə səfərdə olacaqlar.

Sənaye və Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, təlim kursları Azərbaycan, Özbəkistan və Qazaxıstanın müfaviq qurumlarının rəhbər şəxsləri üçün "MDB ölkələri üçün iqtisadi inkişaf strategiyası: dövlət siyasəti və idarəetməsi" mövzusunda keçiriləcək.

Təlim kursları 3 səviyyədə - yüksək səviyyəli rəhbər işçilər üçün, orta səviyyəli rəhbər işçilər üçün və mütəxəssislər üçün təşkil olunacaq. Hər səviyyə üzrə kurslar ildə bir dəfə olmaqla 3 il davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti