Azərbaycanda magistral qaz kəmərində yenidənqurma işləri görülüb

Energetika Materials 21 Noyabr 2012 17:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 noyabr /Trend/

"Astara-Qazıməmməd" magistral qaz kəmərinin 196-cı kilometrliyindən keçən hissəsinin yerinin dəyişdirilməsi məqsədilə 1220 mm-lik yeni qaz kəməri çəkilib. Həmin qaz kəməri mövcud xəttə birləşdirilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, eyni zamanda, Astara ölçü qovşağının 1-ci xəttinin 400 mm-lik çıxış kranı dəyişdirilib, "Hacıqabul-2" avtomatik qazpaylayıcı stansiyasına ayrılan qolun üzərində quraşdırılmış 200 mm-lik başqa bir kran da yenisi ilə əvəz olunub.

İstismarda olan magistral qaz xətlərində aparılan təmir-bərpa işlərinin planlı surətdə, qısa müddətə yerinə yetirilməsi, qaz kəmərlərində qaz təchizatının dayandırılmaması məqsədilə "Azəriqaz" İstehsalat Birliyi tərəfindən işlərin görüldüyü müddətdə "Şirvan" elektrik stansiyasının yeni tikilmiş ölçü qovşağının mövcud xəttə birləşdirilməsi, eləcə də kəmərin 178-ci kilometrliyindəki "Təzəkənd" qazpaylayıcı stansiyasında "Bişmə" qolu üzərində 400 mm-lik krana baypas xəttinin quraşdırılması işləri də həyata keçirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti