Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir E.İsmayılov/
Bakının Xəzər rayonunun Albalılıq qəsəbəsini təbii qazla təmin edən qaz kəmərinin dəyişdirilməsi ilə əlaqədar 17 yanvar 2013-cü il tarixdə saat 10:00-dan 17:00-dək Albalılıq qəsəbəsi və "Binə Atçılıq" adlanan yaşayış massivinə təbii qazın verilişində fasilələr yaranacaq.
Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyinin yaydığı məlumatda deyilir.