...

Sabah Sabunçu rayonunda qaz olmayacaq

Energetika Materials 29 Yanvar 2013 17:00 (UTC +04:00)
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, təmir işləri ilə əlaqədar olaraq yanvarın 30-da saat 10:00-dan 17:00-dək “Nardaran” qazpaylayıcı stansiyasında təbii qaz təchizatı dayandırılacaq.
Sabah Sabunçu rayonunda qaz olmayacaq

Azərbaycan, Bakı, 29 yanvar /Trend/

Sabunçu rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, təmir işləri ilə əlaqədar olaraq yanvarın 30-da saat 10:00-dan 17:00-dək "Nardaran" qazpaylayıcı stansiyasında təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Sabunçu rayonunun Nardaran qəsəbəsinə, "Ləyiş bağları" adlanan yaşayış massivinə və Maştağa qəsəbəsinin bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti