...

Ukrayna energetika nazirinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gəlir

Energetika Materials 5 Mart 2013 16:04 (UTC +04:00)
Martın 11-12-də Ukraynanın energetika və kömür sənayesi naziri Eduard Stavitskinin başçılıq etdiyi Ukrayna nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdə olacaq.
Ukrayna energetika nazirinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gəlir

Azərbaycan, Bakı, 5 mart /Trend/

Martın 11-12-də Ukraynanın energetika və kömür sənayesi naziri Eduard Stavitskinin başçılıq etdiyi Ukrayna nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdə olacaq.

Azərbaycan Sənaye və Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, səfərdə Stavitskini Ukrayna xarici işlər nazirinin müavini, Azərbaycan-Ukrayna iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası komissiyasının Ukrayna tərəfindən sədr müavini V.Mayko, "Metinvest" şirkətinin direktoru A.Çebanenko, "Altkom" şirkətinin Direktorlar Şurasının sədri A.Tislenko, "CA İnterbudmontaj" şirkətinin İdarə Heyətinin sədri V.Petruk və nazirliyin məsul şəxsləri müşayət edəcəklər.

Səfər çərçivəsində Azərbaycan Sənaye və Energetika Nazirliyində nazirlər səviyyəsində ikitərəfli və geniş tərkibdə görüş keçiriləcək. Görüşdə 26 yanvar 2011-ci il tarixində Davosda imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında Ukrayna ərazisindən neftin nəqli sahəsində əməkdaşlığın inkişafına dair tədbirlər barədə Saziş", "Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında Ukrayna ərazisinə sıxılmış təbii qazın çatdırılmasının təşkili üzrə əməkdaşlıq haqqında Memorandum", Avrasiya Neft Nəqliyyat Dəhlizi, Odessa-Brodı-Plotsk-Qdansk neft boru kəməri layihələri,"Sarmatiya" Beynəlxalq Boru Müəssisəsinin fəaliyyəti, eyni zamanda, Ukraynada ARDNŞ-nin törəmə şirkəti olan "SOCAR Enerji Ukrayna" tərəfindən görülən işlər barədə məsələlər və gələcək əməkdaşlığa dair müzakirələr aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti