...

Makedoniya TAP layihəsinin reallaşdırılmasında maraqlıdır

Energetika Materials 19 Aprel 2013 14:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir A.Axundov/

Makedoniya TAP (Transadriatik qaz kəməri) layihəsinin reallaşdırılmasında maraqlıdır. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə acıqlamasında Makedoniyanın Baş naziri Nikolo Qruevski bildirib.

"Nəzərə alsaq ki, Azərbaycan Avropaya ölkə qazının nəql edilməsi marşrutlarının seçimi imkanlarına baxır və onlardan biri Makedoniya ilə sərhədin yaxınlığından keçir, onda bizdə energetika sahəsində Azərbaycanla əməkdaşlıq üçün yaxşı imkanlar var",- Baş nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti