...

Antonis Samaras: DEPA-nın özəlləşdirilməsinə dair müsabiqə Yunanıstanın günahı üzündən pozulmayıb

Energetika Materials 11 İyun 2013 18:27 (UTC +04:00)
Yunanıstanın Baş naziri Antonis Samaras bildirib ki, əsas iddiaçı olan "Qazprom"un iştirakdan imtina etdiyi DEPA qaz şirkətinin özəlləşdirilməsinə dair müsabiqə Yunanıstanın günahı üzündən pozulmayıb.
Antonis Samaras: DEPA-nın özəlləşdirilməsinə dair müsabiqə Yunanıstanın günahı üzündən pozulmayıb

Azərbaycan, Bakı, 10 iyun /Trend/

Yunanıstanın Baş naziri Antonis Samaras bildirib ki, əsas iddiaçı olan "Qazprom"un iştirakdan imtina etdiyi DEPA qaz şirkətinin özəlləşdirilməsinə dair müsabiqə Yunanıstanın günahı üzündən pozulmayıb. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

DEPA-nın və DESFA qaz nəqli şəbəkəsinin operatorunun satışı Yunanıstanın özəlləşdirmə proqramının əsas maddələrindən biri hesab olunur. Yunanıstan onların satışından 1,5 milyard avroya qədər gəlir əldə etmək istəyirdi. Lakin məlum olub ki, DEPA-nın alınmasında əsas iddiaçı olan "Qazprom" öhdəliyinə götürdüyü tələbləri irəli sürməməyə qərar verib. Rusiya qaz holdinqinin nümayəndəsi bildirib ki, "Qazprom" şirkətin maliyyə vəziyyətinin sövdələşmələr zamanı pisləşməyəcəyi ilə bağlı zəmanətin olmaması səbəbindən DEPA-nın özəlləşdirilməsində iştirak üçün ərizə verməməyi qərara alıb

Yunanıstanın Baş naziri bu yaxınlara qədər 17 avrozona ölkəsinin Maliyyə Nazirləri Şurasına rəhbərlik edən Luksemburqun Baş naziri Yan Klod Yunkerlə birgə keçirilən mətbuat konfransında bildirib: "Hər iki şirkət - DEPA və DESFA üçün müsabiqə bütün qanunlara uyğun olaraq keçirilib. İlkin mərhələdə iştirakçılar böyük maraq göstərdilər, lakin onların xahişi ilə izahatlar təqdim edildi və bir neçə gün əvvəl heç bir problem yox idi. Yaranan problemlər bizimlə bağlı yox, onlarla bağlıdır".

Öz növbəsində Yunker "Qazprom"la bağlanacaq müqavilənin ləğv olunmasında Avropa Komissiyasının dayanıb-dayanmadığını bilmədiyini qeyd edib, lakin nəticə etibarilə Yunanıstanın özəlləşdirmə proqramında təxminən 1 milyard dollar həcmində yaranan "böyük boşluğ"un formalaşmasına naməlum müdaxiləni istisna etməyib.

Samaras DESFA-nın satışının yaxınlarda yekunlaşacağını və Azərbaycan şirkətinin Yunanıstan qaz nəqli sisteminə görə yaxşı qiymət təklif etməsi barədə nikbinliyini bildirib.

Baş nazirin sözlərinə görə, Azərbaycanla saziş Yunanıstan üçün strateji əhəmiyyətə malik "Transadriatik" qaz kəməri layihəsinin tikintisini də irəlilədəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti