...

Bərdə rayonunun daha bir kəndinə təbii qaz verilib

Energetika Materials 13 İyun 2013 16:49 (UTC +04:00)
Bərdə rayonunun Kətəlparaq kəndinə təbii qaz verilib.
Bərdə rayonunun daha bir kəndinə təbii qaz verilib

Azərbaycan, Bakı, 13 iyun /Trend/

Bərdə rayonunun Kətəlparaq kəndinə təbii qaz verilib.

Trend-in ARDNŞ-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu münasibətlə cümə axşamı keçirilən tədbirdə bildirilib ki, 725 abonenti olan Kətəlparaq kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 43 196 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 29 ədəd siyirtmə, 725 sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti