...

Yunanıstan TAP konsorsiumu ilə saziş imzalayıb

Energetika Materials 27 İyun 2013 01:31 (UTC +04:00)
Yunanıstan və TAP (Transadriatik boru kəməri) konsorsiumu çərşənbə günü saziş imzalayıblar.
Yunanıstan TAP konsorsiumu ilə saziş imzalayıb

Azərbaycan, Bakı, 27 iyun /Trend/

Yunanıstan və TAP (Transadriatik boru kəməri) konsorsiumu çərşənbə günü saziş imzalayıblar. Bu barədə Trend Yunanıstanın ANA-MPA agentliyinə istinadən məlumat verir.

Yunanıstanın maliyyə naziri Yannis Sturnaras bildirib ki, qaz kəmərinin tikintisi yeni iş yerlərinin açılmasına və investisiyaların cəlb edilməsinə imkan verəcək, həmçinin ölkənin regionda enerji qovşağı kimi gələcək vəziyyətini möhkəmləndirəcək.

Saziş çərşənbə günü imzalansa da, boru kəmərinin tikintisi barədə son qərar cümə günündən tez qəbul edilməyəcək.

Baş nazir Antonis Samaras qeyd edib ki, saziş boru kəmərinin Yunanıstandan keçən hissəsinin möhkəm əsasını qoyur. İnvestisiyanın həcmi 1,5 milyard avro təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti