Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir A. Tağıyeva/
Türkiyənin "Nabucco West" layihəsilə tərəfdaşlığı davam edir, lakin eyni zamanda ölkə Trans Adriatik layihəsinin (TAP) tərəfdaşı olmaq təklifi alıb.
Trend-in cümə günü "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin enerji və təbii resurslar naziri Taner Yıldız deyib.
O bildirib: "Biz bu təklifi nəzərdən keçirəcəyik. Həmçinin "Nabucco West" layihəsi üzrə tərəfdaşlarımızla onun gələcək taleyini müzakirə edəcəyik".