...

TAP Yunanıstanın DESFA şirkətilə əməkdaşlığa dair saziş imzalayıb (ƏLAVƏ OLUNUB)

Energetika Materials 3 İyul 2013 14:14 (UTC +04:00)
Trans Adriatik boru kəməri (TAP) üzrə konsorsium və Yunanıstanın milli qaz nəqli sisteminin operatoru olan DESFA şirkəti arasında əməkdaşlığa dair saziş imzalanıb.

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir A. Bədəlova/

Trans Adriatik boru kəməri (TAP) üzrə konsorsium və Yunanıstanın milli qaz nəqli sisteminin operatoru olan DESFA şirkəti arasında əməkdaşlığa dair saziş imzalanıb.

Trend-in məlumatına görə, bu barədə çərşənbə günü TAP-ın yaydığı məlumatda deyilir.

Məlumata görə, tərəflər xüsusilə boru kəmərinin Yunanıstan ərazisindən keçən sahəsində gündəlik texniki fəaliyyət və TAP-ın istismara verilməsinə dair saziş bağlamaq niyyətindədirlər.

Birgə fəaliyyət, həmçinin gələcəkdə tədarüklərin təhlükəsizliyini artırmaq və texniki əməkdaşlıq məqsədilə DESFA-nın boru kəmərinə qoşulma nöqtələrinin öyrənilməsindən ibarət olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti