...

Azərbaycanda qaz istehlakı artıb

Energetika Materials 29 İyul 2013 14:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir E.İsmayılov/

Bu il iyulun 29-na olan məlumata görə, Azərbaycan istehlakçılarına verilən qazın sutkalıq həcmi 5,4 milyon kubmetr təşkil edir. İyulun 5-də bu göstərici 4,6 milyon kubmetr olub. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətindəki (ARDNŞ) mənbə bildirib.

Məlumata əsasən, ölkə üzrə verilən sutkalıq qazın ümumi həcmindən 3,3 milyon kubmetr Bakının payına düşüb.

Mənbə deyib: "Digər regionlar üzrə verilən qazın sutkalıq həcmi 2,1 milyon kubmetr səviyyəsindədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti