...

Bakının enerji operatoru üç yeni yarımstansiyanın tikintisini aparır

Energetika Materials 22 Avqust 2013 17:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir E.İsmayılov/

"Bakıelektrikşəbəkə" ASC abonentlərin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təchiz olunmaları məqsədilə aparılan yenidənqurma, təmir-bərpa işlərini davam etdirir. Hal-hazırda buna paytaxtın ayrı-ayrı rayonlarında yeni yarımstansiyaların tikintisi, hava və kabel xətlərinin çəkilişi, yeni texnologiyaların tətbiqi nəticəsində nail olunub. Trend-in məlumatına görə, bu barədə enerji operatorunun rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.

Səbail rayonu ərazisində də 2x25 MVA gücündə 35/6 kv-luq 109 saylı yarımstansiyanın tikintisi davam edir. 1946-cı ildən istifadədə olan 2x5,6 MVA gücündə 20/6 kv-luq yarımstansiya təlabata cavab vermirdi. Avadanlıqları da köhnəlmiş yarımstansiya eyni zamanda genişləndirilməkdə olan Milli Park ərazisinə düşürdü. Son dərəcə müasir texnoloji avadanlıqlardan istifadə edilməklə tikilən bu yarımstansiya, həm də gözəl memarlıq görünüşə malik qapalı tipdə inşa edilib istifadəyə veriləcək.

Bununla yanaşı Xətai rayonu ərazisində də 35/6 kv-luq 201 saylı yarımstansiya inşa edilməkdədir. 1970-ci illərdə istifadəyə verilmiş 10+6,3 MVA gücündə olan bu yarımstansiya yeni inşa edilmiş yaşayış binalarının, obyektlərin, həmçinin iaşə, idman komplekslərinin elektrik enerjisinə olan təlabatını ödəmək üçün yenidən tikilir. 2x25 MVA gücündə olacaq bu yarımstansiya da müasir avadanlıqlardan istifadə edilməklə qapalı tipdə inşa edilməkdədir.

Nərimanov rayonu ərazisində 2x25 MVA gücündə 35/6 kv-luq yeni "Koroğlu" yarımstansiyası da tikilməkdədir. Dərnəgül yolunun yenidən qurulması, genişləndirilməsi, həmçinin tikilməkdə olan Olimpiya şəhərciyinin və digər obyektlərin elektrik enerjisinə olan təlabatını ödəmək üçün müasir avadanlıqlardan istifadə edilməklə yeni tikilən bu yarımstansiya da qapalı tipdə olacaqdır.

Yaxın müddətdə yüksək keyfiyyətdə istifadəyə verilməsi planlaşdırılan bu yarımstansiyalarla yanaşı "Bakıelektrikşəbəkə" ASC bu istiqamətdə işləri davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti