...

Bakının enerji operatoru istehlakçıların elektrik enerjisi ilə təchizatını gücləndirir

Energetika Materials 3 Oktyabr 2013 14:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir E.İsmayılov/

"Bakıelektrikşəbəkə" ASC abonentlərin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təchiz olunmaları məqsədilə aparılan yenidənqurma, təmir-bərpa işlərini davam etdirir. Trend-in məlumatına görə, bu barədə ASC-nin rəsmi saytında yerləşdirilən saytda bildirilir.

Hazırda paytaxtın ayrı-ayrı rayonlarında yeni yarımstansiyaların tikintisi, hava və kabel xətlərinin çəkilişi, yeni texnologiyaların tətbiqi nəticəsində buna nail olunmuşdur. 220/110 kv-luq "Müşfiq" yarımstansiyası ilə 110/35/6-10 kv-luq "Badamdar" yarımstansiyası arasında 110 kv-luq 2 dövrəli kabel xətti çəkilmişdir. Bu kabel xətti vasitəsilə "Badamdar" yarımstansiyası keyfiyyətli, dayanıqlı və etibarlı elektrik enerjisi ilə təmin olunacaqdır.

Qeyd edək ki, indiyə kimi Badamdar yarımstansiyası Müşfiq-Bayıl yarımstansiyalarıarası 2 dövrəli 110 kv-luq hava xətti vasitəsilə qidalanırdı. Hazırda həmin xətt rezerv saxlanılmaqla gələcəkdə yarana biləcək qəza zamanı "Badamdar" yarımstansiyasının elektrik enerjisi təchizatının davamlı olması nəzərdə tutulub. Bundan əlavə 110/35/6 kv-luq 204 saylı yarımstansiya ilə 110/35/6 kv-luq BMKZ yarımstansiyası arasında 110 kv-luq 2 dövrəli kabel xətti də çəkilməkdədir. Bu xətt vasitəsilə adıçəkilən yarımstansiyaların elektrik enerjisi təchizatının dayanıqlılığının artırılması və bu yarımstansiyaların 110 kv-luq dairəvi sxemə qoşulması planlaşdırılır.

"Bakıelektrikşəbəkə" ASC bu istiqamətdə işlərini davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti