...

Gürcüstanda BTQ layihəsi çərçivəsində yeni elektrik yarımstansiyası istifadəyə veriləcək

Energetika Materials 17 Oktyabr 2013 18:00 (UTC +04:00)
Oktyabrın 18-də Gürcüstanda yeni Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolunda yerləşən "Doqquz qardaş" stansiyasında elektrik yarımstansiyası istismara veriləcək.
Gürcüstanda BTQ layihəsi çərçivəsində yeni elektrik yarımstansiyası istifadəyə veriləcək

Gürcüstan, Tbilisi, 17 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Oktyabrın 18-də Gürcüstanda yeni Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolunda yerləşən "Doqquz qardaş" stansiyasında elektrik yarımstansiyası istismara veriləcək.

"Marabda-Kartsaxi" MMC-dən Trend-ə verilən məlumata görə, bu yarımstansiya dəmiryolun Marda-Artsxi hissəsində tikinti layihəsinin ilkin mərhələsini elektrik enerjisi ilə təmin edəcək.

Layihə çərçivəsində yarımstansiyada yenidənqurma işləri aparılıb, yeni transformatorlar və müasir tipli avadanlıqlar quraşdırılıb. Yenidənqurmadan sonra dəmiryolun bu hissəsi sınaqdan keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti