...

“Bakıelektrikşəbəkə” ASC əhaliyə xəbərdarlıq edib

Energetika Materials 6 Noyabr 2013 14:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

"Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyəti (ASC) bəzi abonentlərin istifadə etdikləri elektrik enerjisi haqlarını vaxtlı-vaxtında ödəməməsindən narazıdır.

ASC-dən Trend-ə verilən məlumata görə, "Bakıelektrikşəbəkə" ASC-nin fəaliyyəti dövründə debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 8 noyabr saat 15:00-dan etibarən müvafiq qanunvericliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.

Bu müddətdə borcunu ödəməyən abonentlərin elektrik enerjisi təchizatı heç bir güzəşt edilmədən dayandırılacaqdır.

Elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin borc ödənilmədən şəbəkəyə özbaşına qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş şəxslərin qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunmaları üçün "Bakıelektrikşəbəkə" ASC tərəfindən çox ciddi tədbirlər görüləcək.

Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur.

Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, "Bakıelektrikşəbəkə" ASC-nin ödəmə məntəqələrində, həmçinin internet saytımız (www.bes.az) vasitəsilə "onlayn" olaraq həyata keçirilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti