Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir E.İsmayılov/
2013-cü ildə "Azərenerji" ASC tərəfindən 21,5 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib. Bu göstərici 2012-ci ildə 21,3 milyard kilovat-saat olub. Trend-in məlumatına görə, bu barədə ASC-nin çərşənbə günü yaydığı məlumatda deyilir.
Məlumata əsasən, 2013-cü ilin dekabrında ASC tərəfindən 2,2 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib. 2012-ci ilin dekabrında bu göstərici 2,1 milyard kilovat-saat təşkil edib.
Bu müddət ərzində elektrik enerjisinin qonşu ölkələrə ixracı davam edib.