Azərbaycan, Bakı, 22 yanvar /Trend/
"Neft Daşları" yatağındakı 2150 nömrəli özüldən 2159 nömrəli quyu qazmadan sonra istismara verilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) Trend-ə verilən məlumata görə, Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki üstü qumlu lay dəstəsinə qazılmış quyu 1452-1442 metr intervaldan sutkalıq 15 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, quyu "Neft Daşları" NQÇİ-nin sifarişi ilə qazılıb.