...

Yanvarın 27-də Azərbaycan neftinin qiymətləri azalıb

Energetika Materials 28 Yanvar 2014 18:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir E.İsmayılov/

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 27-də 110,45 dollar/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) çərşənbə axşamı Trend-ə verilən məlumata görə, bazar ertəsi neftin qiymətləri cümə gününə nisbətən 0,69 dollar/barel azalıb.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri Light" Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.

ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 27-də 109,13 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,57 dollar/barel azdır.

Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 27-də 104,12 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,37 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti yanvarın 27-də 108,69 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,7 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti