...

Bakının enerji operatoru gücləndirilmiş iş rejiminə keçib

Energetika Materials 31 Yanvar 2014 11:50 (UTC +04:00)
Hava şəraitinin pisləşməsi ilə əlaqədar "Bakıelektrikşəbəkə" ASC gücləndirilmiş iş rejiminə keçib.
Bakının enerji operatoru gücləndirilmiş iş rejiminə keçib

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir E.İsmayılov/

Hava şəraitinin pisləşməsi ilə əlaqədar "Bakıelektrikşəbəkə" ASC gücləndirilmiş iş rejiminə keçib. Bu barədə cümə günü Trend-ə ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

Onun sözlərinə görə, gücləndirilmiş iş rejimi növbəli qrafikin tətbiqi hesabına təmin olunub. Abonentlərin elektrik enerjisi ilə fasiləsiz təmin olunması üçün əlavə avadanlıqlar və materiallar cəlb edilib.

Habelə ASC-nin "qaynar xətti"nin (199) iş rejimi gücləndirilib.

Cümə günü "Azərenerji" ASC-dən Trend-ə bildiriblər ki, hava şəraitinin pisləşməsi ilə əlaqədar elektrik enerjisinin istehsalı və paylanmasında heç bir problem yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti