...

Azərbaycanda neft məhsulları üzrə aksiz dərəcələrinin azaldılmasından itkilər onların idxalının artımı hesabına ödəniləcək (FOTO)

Energetika Materials 13 Fevral 2014 13:18 (UTC +04:00)
Nazirlər Kabinetinin 2014-cü il fevralın 6-da neft məhsullarının qüvvədə olan aksiz dərəcələrinin səviyyəsinin azaldılması barədə qərarı dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnozun yerinə yetirilməsinə təsir etməyəcək.
Azərbaycanda neft məhsulları üzrə aksiz dərəcələrinin azaldılmasından itkilər onların idxalının artımı hesabına ödəniləcək (FOTO)

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir E.Əliyev/

Nazirlər Kabinetinin 2014-cü il fevralın 6-da neft məhsullarının qüvvədə olan aksiz dərəcələrinin səviyyəsinin azaldılması barədə qərarı dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnozun yerinə yetirilməsinə təsir etməyəcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycanın vergilər nazirinin müavini Sahib Məmmədxanov nazirliyin 2013-cü ildəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında bildirib.

Məmmədxanov deyib: "Şübhəsiz ki, aksiz vergisinin dərəcələrinin azaldılması yığımların bu növü üzrə daxilolmalara təsir edəcək, lakin ümumilikdə bu, vergi öhdəliklərinin yerinə yetirilməsinə təsir etmir. Bu seqmentdəki itkilər digər sahələrin, məsələn, neft məhsullarının idxalının qarşıdakı artımı ilə bağlı yığımların artırılması hesabına ödəniləcək".

Onun sözlərinə görə, dövlət büdcəsinə vergi daxilolmalarının proqnozları və minimal kandar müntəzəm olaraq müəyyən edilir: "2014-cü il üzrə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) xətti ilə büdcə ayırmaları 1,825 milyard manat məbləğində müəyyən edilib, eyni zamanda nazirlik üçün dövlət büdcəsinə daxilolmalar üzrə ümumi proqnoz 7,102 milyard manat təşkil edir. Dövlət Neft Şirkəti öhdəçiliyi tam həcmdə yerinə yetirəcəyini bizə vəd edib".

Nazirlər Kabinetinin qərarına əsasən, aksiz vergi dərəcəsi Aİ-95 avtomobil benzini üzrə 2,5 dəfə, Aİ-92 və Aİ-80 avtomobil benzinləri üzrə 2 dəfə, dizel yanacağı 3,2 dəfə, reaktiv mühərrik yanacağı 7,6 dəfə, nafta 5,4 dəfə, maye qaz 3 dəfə, mühərrik yanacağı (DT-36) 7 dəfə, mühərrik yanacağı (DT-20) 5,2 dəfə, soba mazutu 49 dəfə, bitum (BN-60/90, BNB-60/70) üzrə isə 16,4 dəfə azaldılıb.

Neft məhsulları

Aksiz vergi dərəcəsi faizlə (2014-cü il yanvarın 1-dən)

Aksiz vergi dərəcəsi faizlə (2014-cü il yanvarın 1-dək)

1.

Avtomobil benzini Aİ-95

64,0

159

2.

Avtomobil benzini Aİ-92

65,0

134

3.

Avtomobil benzini Aİ-80

66,0

134

4.

Dizel yanacağı

18,0

57

5.

Reaktiv mühərrik yanacağı

9,0

68

6.

Nafta (ilkin emal benzini)

13,0

70

7.

Maye qaz

22,0

69

8.

Mühərrik yanacağı (DT-36)

24,0

170

9.

Mühərrik yanacağı (DT-20)

31,0

160

10.

Soba mazutu

3,0

147

11.

Bitum ( BN-60/90, BNB-60/70)

11,0

180

12.

Bitum (MQO)

34,00

34,00

13.

Bitum (BNV, BNB- 70/30, BNB-85/25)

31,00

31,00

14.

Ağ neft (KO-20)

32,00

32,00

15.

Qaz benzini

37,00

37,00

16.

Mühərrik yağı (M-12VB, M-14V2)

52,00

52,00

17.

Sənaye yağları (İ-12A, İ-20V, İ-40A, İ-8B1, İ-30V)

72,00

72,00

18.

Turbin yağları (T-22, T-30, T-46)

39,00

39,00

19.

Transformator yağı (T-1500)

54,00

54,00

20.

Digər yağlar (AK-15, S-11, XM-6, K-12, K-19, VM-4)

56,00

56,00

21.

Koks (KT-A)

19,00

19,00

22.

Koks (KT-T)

19,00

19,00

23.

Koks (KT-Q)

18,00

18,00

Məqalədə:
Xəbər lenti

Xəbər lenti