...

Azərbaycanın enerji operatoru Bakının və ətraf qəsəbələrin enerji təhlükəsizliyini möhkəmləndirir

Energetika Materials 24 Fevral 2014 16:44 (UTC +04:00)
Bakıda "Şimal" elektrik stansiyasının ikinci buxar-qaz qurğusunun (BQQ) tikintisi qrafikə uyğun aparılır.
Azərbaycanın enerji operatoru Bakının və ətraf qəsəbələrin enerji təhlükəsizliyini möhkəmləndirir

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir E.İsmayılov/

Bakıda "Şimal" elektrik stansiyasının ikinci buxar-qaz qurğusunun tikintisi qrafikə uyğun aparılır. Trend xəbər verir ki, bu barədə "Azərenerji" ASC-nin yaydığı məlumatda deyilir.

İkinci 409 MVt-lik enerji blokunun tikintisi Abşeron yarımadasının elektrik enerjisi təchizatında mühüm rol oynayır.

"Şimal" ES-in inkişaf proqramı müvəffəqiyyətlə davam etdirilir. Artıq Yaponiyanın "Toyo Engineering" şirkəti ilə bağlanmış müqavilə əsasında müəssisədə sayca ikinci 409 MVt-lik enerji blokunun tikintisi qrafikə uyğun davam etdirilir.

"Azərenerji" ikinci blokun tikintisi işlərini 2014-cü ilin sonunda başa çatdırmaq niyyətindədir.

"Şimal" ES-da hazırda 400 meqavat gücündə bir buxar-qaz qurğusu fəaliyyət göstərir. Stansiya Bakının və Abşeronun enerji tələbatının 1/4-ni təmin edir. İkinci blokun tikintisi ilə bu göstərici 35-40 faizə çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti