...

Azərbaycan neftinin qiymətləri: 3-7 mart həftəsinin yekunları

Energetika Materials 11 Mart 2014 12:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir E.İsmayılov/

Ötən həftə - 3-7 mart tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 112,49 dollar/barel olub ki, bu da ötən həftənin göstəricisindən 0, 41 dollar azdır.

Trend-in məlumatına görə, 3-7 mart həftəsində AZERI LT-nin qiyməti maksimum 114,8, minimum isə 111,17 dollar/barel təşkil edib.

3-7 mart həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 107,04 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 0,15 dollar aşağıdır.

3-7 mart həftəsində URALS-ın qiyməti maksimum 109,21, minimum isə 105,74 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

3-7 mart həftəsində "Brent Dated" növünün orta qiyməti 109,26dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 0,16 dollar azdır.

Ötən həftə "Brent Dated"in maksimum qiyməti 111,31, minimum isə 108, 09 dollar/barel təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti