...

Türkiyə bankı ARDNŞ-nin iri enerji layihəsinin maliyyələşdirilməsində iştiraka hazırdır

Energetika Materials 20 Mart 2014 07:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 mart /Trend, müxbir R.Hafizoğlu/

Türkiyədə fəaliyyət göstərən "Denizbank" İzmirdə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Star" neft emalı zavodunun (NEZ) tikintisi layihəsinin maliyyələşdirilməsində iştirak edəcək. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Borsa Gündem" qəzeti yazır.

"Denizbank" bu məqsədlər üçün 500 milyon dollar vəsait ayırmağa hazır olduğunu ifadə edib.

Qəzet yazır: "ARDNŞ Türkiyə bankına Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) layihəni maliyyələşdirməkdən imtina etmələrindən sonra müraciət edib".

Qəzet, həmçinin ARDNŞ və "Denizbank" arasında razılaşmanın əldə olunduğunu bildirib.

Bu layihənin maliyyələşdirilməsi üçün ARDNŞ artıq 475 milyon dollar vəsait ayırıb.

ARDNŞ-nin Türkiyədə NEZ tikintisi layihəsinin dəyəri beş milyard dolları ötür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti