...

ARDNŞ yanvar-mart aylarında neft məhsullarının ixracını artırıb

Energetika Materials 1 Aprel 2014 16:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 2014-cü ilin yanvar-mart aylarında öz neft emalı zavodlarından (NEZ) 312,74 min ton neft məhsulu ixrac edib. 2013-cü ilin analoji dövründə bu rəqəm 289,26 min ton olub.

Trend-in ARDNŞ-yə istinadən verdiyi məlumata görə, Dövlət Neft Şirkəti ötən il öz NEZ-lərindən təqribən 1,04 milyon ton neft məhsulu ixrac edib. 2012-ci ildə isə ixracın həcmi 1,24 milyon tondan çox təşkil edib.

İxrac edilən neft məhsullarının cədvəli:

Neft məhsuları

2014-cü ilin yanvar-mart ayları, ton

2013-cü ilin yanvar-mart ayları, ton

Dizel yanacağı

242 962

250 327

Avtomobil benzini

383

4 470

Təyyarə yanacağı

34 943

34 168

Vakuum qazoylu

34 448

0

Soba mazutu

0

299

Qeyd edək ki, Azərbaycanda neft məhsulları Bakının 2 NEZ-nin bazasında istehsal olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti