...

ARDNŞ-nin emal müəssisələrində yeni layihələrə start verilib

Energetika Materials 28 Aprel 2014 17:09 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, ölkədə ekoloji durumun yaxşılaşdırılması istiqamətində “Avro-3”, “Avro-4” və “Avro-5” standartlarına keçidin sürətləndirilməsi ilə əlaqədar tədbirlərin icrası ilə bağlı ARDNŞ-nin emal müəssisələrində mühüm işlər görülür.
ARDNŞ-nin emal müəssisələrində yeni layihələrə start verilib

Azərbaycan, Bakı, 28 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, ölkədə ekoloji durumun yaxşılaşdırılması istiqamətində "Avro-3", "Avro-4" və "Avro-5" standartlarına keçidin sürətləndirilməsi ilə əlaqədar tədbirlərin icrası ilə bağlı ARDNŞ-nin emal müəssisələrində mühüm işlər görülür.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda həyata keçirilən yenidənqurma tədbirləri çərçivəsində mövcud texnoloji qurğularının modernləşdirilməsi, istehsal gücünün artırılması və ekoloji mühitin yaxşılaşdırılması məqsədilə nəzərdə tutulmuş layihələrin icrası sürətləndirilmiş və bir neçə layihənin icrasına start verilib. İtaliyanın "Foster Wheller" şirkəti tərəfindən hazırlanmış texniki-iqtisadi əsaslandırmaya uyğun olaraq, 21 nömrəli ED-AVQ-6 qurğusunun məhsuldarlığının ildə 7,5 milyon tona çatdırılması, emissiyaların maksimum azaldılması və qurğunun daxili istilik potensialından daha səmərəli istifadə edilməsi istiqamətində layihənin növbəti mərhələsinə başlanılıb.

Bundan başqa, ABŞ-ın UOP şirkəti tərəfindən zavodun 55 nömrəli katalitik krekinq qurğusunun məhsuldarlığının ildə 3 milyon tona çatdırılması üçün layihələndirmə işlərinə başlanılıb. Eyni zamanda, ekoloji mühitin yaxşılaşdırılmasında mühüm rol oynayan, mayeləşdirilmiş qazların və yüngül benzin faraksiyaların kükürdlü birləşmələrdən təmizlənməsi üçün UOP şirkətinin texnologiyası əsasında "Meroks" qurğularının tikintisi də layihələndirilir.

Hazırda EDL/Porner şirkəti tərəfindən "Azərneftyağ" neft emalı zavodunundan ED-AVQ-2 və bitum qurğularının H.Əliyev adına BNEZ-ə köçürülməsinin texniki iqtisadi əsaslandırılması aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti