...

ARDNŞ neft məhsullarının ixracını azaldıb

Energetika Materials 4 İyul 2014 19:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir Hüseyn Vəliyev/

2014-cü ilin yanvar-iyun aylarında ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) öz neft emalı zavodlarından (NEZ) 563,62 min tona yaxın neft məhsulları ixrac edib. Bu rəqəm ötən ilin analoji dövründə 580,91 min ton olub. Bu barədə Trend ARDNŞ-yə istinadən məlumat verir.

İyunda ARDNŞ 152,16 min tondan artıq neft məhsulları ixrac edib. Bu rəqəm ötən ilin analoji dövründə 85,3 min ton olub.

2013-cü ildə ARDNŞ öz NEZ-lərindən 1,04 milyon tona yaxın neft məhsulları ixrac edib. Bu rəqəm 2012-ci ildə 1,24 milyon ton olub.

İxrac olunan neft məhsullarının ümumi cədvəli:

Neft məhsullarının növləri

2014-cü il, yanvar-iyun, ton ilə

2013-cü il, yanvar-iyun, ton

Dizel yanacağı

377 636

491 465

Avtomobil benzini

557

10 698

Aviasiya yanacağı

75 591

78 746

Vakuum qazoylu

109 635

0

Soba mazutu

178

0

2013-cü ildə Azərbaycanda istehsal həcmləri benzinə olan tələbata bərabər olub, buna görədə neft məhsullarının bu növünün ixracı minimuma endirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti