...

Britaniyalı nazir: Azərbaycan regionun və Avropanın enerji təhlükəsizliyində lider rolu oynaya bilər

Energetika Materials 10 İyul 2014 13:37 (UTC +04:00)
Azərbaycanla münasibətlərin inkişafı və möhkəmləndirilməsi Böyük Britaniya siyasətinin prioriteti olaraq qalmaqdadır.
Britaniyalı nazir: Azərbaycan regionun və Avropanın enerji təhlükəsizliyində lider rolu oynaya bilər

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir Emin Əliyev/

Azərbaycanla münasibətlərin inkişafı və möhkəmləndirilməsi Böyük Britaniya siyasətinin prioriteti olaraq qalmaqdadır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Bakıda səfərdə olan Böyük Britaniyanın energetika naziri Maykl Fellon deyib.

M.Fellon bildirib: "Azərbaycan ilə Birləşmiş Krallıq arasında əməkdaşlığı çox yaxşı kimi qiymətləndirmək olar. Bu, perspektivə hesablanmış möhkəm və səmimi, uzunmüddətli qarşılıqlı münasibətlərdir. Hər iki ölkənin hökumətləri bunu dəstəkləməyə cəhd göstərirlər və hesab edirəm ki, ikitərəfli əməkdaşlıq inkişaf etməkdə davam edəcək. İrəlidə hələ bir çox layihələr, böyük həcmdə işlər və qarşılıqlı maraq var".

Britaniyalı nazir qeyd edib ki, Azərbaycan regionun və Avropanın enerji təhlükəsizliyində lider rolu oynaya bilər: "Ukraynadakı son hadisələr və İraqda bu yaxınlardakı böhran enerjidaşıyıcıların ixracı mənbələrinin şaxələndirilməsi və qeyri-sabit ixracatçılar məsələsini bir daha aktuallaşdırdı. Ona görə də biz yeni ixracatçılara, eləcə də bərpa olunan enerji mənbələrinə maraq göstəririk".

Fellon əlavə edib ki, bu, eləcə də "Şahdəniz" layihəsinin işlənməsinin davam etdirilməsinə, Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasına da aiddir: "Sentyabrda biz mühüm tarixi - "Əsrin müqaviləsi"nin imzalanmasının 20 illiyini qeyd edəcəyik və hesab edirəm ki, bu, yeni müqavilənin bağlanması üzrə yeni müzakirələrə, eləcə də əməkdaşlığımızın gələcəkdə dərinləşməsinə gətirib çıxaracaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti