...

BP: I yarımillikdə Azərbaycanın AÇG blokundan 16 milyon ton neft hasil edilib

Energetika Materials 15 Avqust 2014 12:17 (UTC +04:00)
2014-cü ilin I yarısında Böyük Britaniyanın BP şirkəti və tərəfdaşlar Azərbaycanın "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokundan 16 milyon ton neft (118,8 milyon barel) hasil ediblər.
BP: I yarımillikdə Azərbaycanın AÇG blokundan 16 milyon ton neft hasil edilib

Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir Emil İsmayılov/

2014-cü ilin I yarısında Böyük Britaniyanın BP şirkəti və tərəfdaşlar Azərbaycanın "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokundan 16 milyon ton neft (118,8 milyon barel) hasil ediblər. 2013-cü ilin yanvar-iyun aylarında bu göstərici 16,4 milyon ton təşkil edib. Trend-in məlumatına görə, bu barədə cümə günü BP-nin I yarımillikdə fəaliyyətinin nəticələri üzrə hesabatında deyilir.

I yarımillikdə AÇG yataqlar blokunda orta sutkalıq neft hasilatı 656,1 min barel təşkil edib.

2014-cü ilin birinci yarısında Çıraq Neft Layihəsi çərçivəsində ilk neft əldə olunub. Qərbi Çıraq platforması yanvar ayının 28-də öncə qazılmış quyuların birindən hasilata başlayıb. O vaxtdan bəri Qərbi Çıraq platformasından hasilat artaraq dörd quyudan indiki həddinə - gündə 50 000 bareldən artıq səviyyəyə çatıb. Qərbi Çıraqdan hasilat 2014-cü il ərzində digər öncəqazma quyuları işə düşdükcə artacaq.

2013-cü ildə AÇG-də 32,2 milyon ton neft (239 milyon barel) hasil olunub. Bu rəqəm 2012-ci ildə 32,9 milyon ton təşkil edib.
Yanvar-iyun aylarında layihə çərçivəsində əməliyyat xərclərinin həcmi 479 milyon dollar, kapital xərcləri isə 1,23 milyard dollar olub.

Proqnozlara əsasən, 2014-cü ildə layihə çərçivəsində kapital xərclər təqribən 2,07 milyard dollar, əməliyyyat xərcləri isə 1,05 milyard dollar təşkil edəcək.

"Azəri-Çıraq-Günəşli" dəniz yataqları bloku üzrə müqavilə 1994-cü ildə imzalanıb. Blokun neft ehtiyatı təqribən 1 milyard tondur. AÇG-də iştirak payları: BP (operator - 35,8%), ARDNŞ (11,6%), Şevron (11,3%), İNPEKS (11%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), İTOÇU (4,3%), ONGC Videş Limited (OVL) (2,7%).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti