Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir Emil İsmayılov/
2014-cü ilin yanvar-oktyabr aylarında ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) öz neft emalı zavodlarından (NEZ) 994,65 milyon ton neft məhsulları ixrac edib. Bu rəqəm ötən ilin analoji dövründə 867 min ton olub. Bu barədə Trend ARDNŞ-yə istinadən məlumat verir.
Xatırladaq ki, 2013-cü ildə ARDNŞ öz NEZ-lərindən 1,04 milyon tona yaxın neft məhsulları ixrac edib. Bu göstərici 2012-ci ildə 1,24 milyon ton olub.
İxrac olunan neft məhsullarının ümumi cədvəli:
Neft məhsullarının növləri |
2014-cü il, yanvar-oktyabr, tonla |
2013-cü il, yanvar-oktyabr, tonla |
Dizel yanacağı |
826 042 |
744 280 |
Avtomobil benzini |
9 332 |
14 034 |
Aviasiya yanacağı |
158 855 |
108 641 |
Vakuum qazoylu |
417 |
0 |
Kükürdlü mazut |
826 042 |
744 280 |
2013-cü ildə Azərbaycanda benzinin istehsal həcmləri ona olan tələbata bərabər olub, buna görə də neft məhsullarının bu növünün ixracı minimuma endirilib.