Azərbaycan, Bakı, 5 noyabr /Trend/
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 18:00-dək Qazax, işlər başa çatanadək isə Xəzər, Siyəzən və Füzuli rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.