Azərbaycan, Bakı, 5 noyabr /Trend/
2014-cü ilin oktyabr ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 8714 metr qazma işi həyata keçirib.
Trend ARDNŞ-yə istinadən məlumat verir ki, bu sahədə görülmüş işlərin 8515 metri istismara, 199 metri isə kəşfiyyata aid olub.
Ümumiyyətlə, 2014-cü ilin yanvar-oktyabr aylarında ARDNŞ üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 107 451 metr qazma işi görülüb ki, bunun da 105 624 metri istismara, 1827 metri isə kəşfiyyata aid olub.