...

BTC-yə 260 milyon tona yaxın neft vurulub

Energetika Materials 12 Noyabr 2014 20:16 (UTC +04:00)
Oktyabr ayında BTC kəməri ilə 2,4 milyon ton Azərbaycan nefti nəql olunub
BTC-yə 260 milyon tona yaxın neft vurulub

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

2014-cü ilin oktyabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 481 min 366 ton Azərbaycan nefti nəql olunub.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, cari ilin yanvar-oktyabr aylarında bu kəmərlə 24 milyon 325 min 558 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2014-cü il noyabrın 1-dək BTC-yə 259 milyon 467 min 151 ton neft vurulub.

Bundan başqa, cari ilin oktyabr ayında BTC kəməri ilə ümumilikdə 353 min 558 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub.

2014-cü ilin oktyabr ayı ərzində 2 milyon 495 min 968 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Bu həcmin 1 milyon 641 min 41 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.

Cari ilin yanvar-oktyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 24 milyon 594 min 844 ton təşkil edib.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2014-cü il noyabrın 1-dək Ceyhan limanından 257 milyon 738 min 758 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti