Azərbaycan, Bakı, 17 noyabr /Trend/
"Çilov" yatağındakı 112 saylı özüldən 112 nömrəli quyuda qazma işlərinə başlanılıb.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, layihə dərinliyi 1450 metr olan quyu Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılır.
Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 5 ton neft hasil ediləcək.
Quyuda istismar işləri "28 May" NQÇİ tərəfindən həyata keçiriləcək.