Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir Maksim Tsurkov/
2015-ci ilin yanvar-mart aylarında 796,4 min ton dizel yanacağı istehsal edilib ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 25,9 faiz çoxdur.
Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin 2015-ci ilin yanvar-mart aylarının yekunu üzrə hesabatında deyilir.
Hazırda Azərbaycanda yanacağa olan tələbatın artması ilə əlaqədar ölkədə neft məhsullarının yeganə istehsalçısı olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) mövcud emal zavodlarının modernləşdirilməsi üzrə işlər görür.
Ümumilikdə cari ilin ilk 3 ayında Azərbaycanda 1,34 milyon ton neft məhsulları istehsal edilib. 2014-cü ilin yanvar-martında isə bu rəqəm təqribən 1,2 milyon ton olub.
Azərbaycanda neft məhsullarının istehsalının ümumi cədvəli:
Neft məhsullarının istehsalı |
2015-ci il yanvar-mart (tonla) ) |
2014-cü ilin yanvar-martına nisbətdə (faizlə) |
Avtomobil benzini |
300,3 |
97,9 |
Nafta |
47,7 |
153,9 |
Kerosin |
163,4 |
93,4 |
Dizel yanacağı |
796,4 |
125,9 |
Sürtkü yağı |
2,8 |
26,9 |
Neft bitumu |
32,6 |
46,9 |