...

SOCAR təkzib etdi: "Heç bir sex işini dayandırmayıb"

Energetika Materials 13 May 2015 17:20 (UTC +04:00)
"Azərneftyağ" neft emalı zavodunun (NEZ) heç bir sexi işini dayandırmayıb.
SOCAR təkzib etdi: "Heç bir sex işini dayandırmayıb"

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir Maksim Tsurkov/

"Azərneftyağ" neft emalı zavodunun (NEZ) heç bir sexi işini dayandırmayıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədov deyib.

Onun sözlərinə əsasən, zavodda bəzi sexlərin işini dayandırması barədə məlumatlar həqiqəti əks etdirmir: "Bu il yanvarın 1-dən Bakının iki NEZ-i birləşdirilib. Lakin onların hər biri fəaliyyət göstərir, çünki fiziki birləşmə sexlərdən birinin işini dayandırması anlamına gəlmir".

D.Məmmədov qeyd edib ki, yenidənqurmadan sonra NEZ yeni məhsul istehsal edəcək: "Yeni məhsul deyəndə, 95 markalı benzini nəzərdə tuturuqsa, bəli, onun istehsalına başlanılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti