...

Səngəçal terminalından neft ixracı artıb

Energetika Materials 17 May 2015 18:14 (UTC +04:00)
2015-ci ilin birinci rübündə "Azəri-Çıraq-Günəşli" (AÇG) və "Şahdəniz" yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib.
Səngəçal terminalından neft ixracı artıb

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir Maksim Tsurkov/

2015-ci ilin birinci rübündə "Azəri-Çıraq-Günəşli" (AÇG) və "Şahdəniz" yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və "Şahdəniz" qazı üçün təqribən 29,5 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 49,3 milyon standart kubmetr təşkil edir.

Trend-in məlumatına görə, bu barədə BP-nin 2015-ci ilin birincü rübündə ölkədə fəaliyyətinin yekunları üzrə hesabatda deyilir.

Qaz terminaldan əsasən Cənubi Qafqaz boru kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini "Azəriqaz"ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

Birinci rüb ərzində terminal 79,2 milyon barel (ötən ilin analoji dövründə 75 milyon) neft və kondensat, o cümlədən təqribən 69 milyon Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 8 milyon bareldən artıq Qərb ixrac boru kəməri marşrutu (QİBK), təqribən 1,6 milyon barel dəmiryol vasitəsilə və 0,5 milyon barel kondensat ixrac kəməri vasitəsilə ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti