...

BP-nin Azərbaycanda layihələri reallaşdırması qrafik üzrə gedir

Energetika Materials 3 İyun 2015 22:39 (UTC +04:00)
Səngəçal terminalı və Cənubi Qafqaz boru kəmərinin (Bakı-Tbilisi-Ərzurum) genişlənməsi üzrə işlər təsdiq edilmiş plan və büdcəyə uyğun aparılır.
BP-nin Azərbaycanda layihələri reallaşdırması qrafik üzrə gedir

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir Maksim Tsurkov/

Səngəçal terminalı və Cənubi Qafqaz boru kəmərinin (Bakı-Tbilisi-Ərzurum) genişlənməsi üzrə işlər təsdiq edilmiş plan və büdcəyə uyğun aparılır.

Trend-in məlumatına görə, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə prezidenti Qordon Birrell deyib.

Onun sözlərinə görə, hazırda Səngəçal terminalının texniki emal sisteminin ümumi gücü sutkada 1,2 milyon barel neft, "Şahdəniz" yatağından qaz üçün isə sutkada 29,5 milyon kubmetr təşkil edir.

Q.Birrell bildirib ki, layihələndirmə, torpaqların alınması da daxil olmaqla, qaz kəmərinin genişlənməsi ilə işlərin 31 faizi artıq başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti