...

Bu il 200-dən artıq çoxmərtəbəli binaya qaz verilib

Energetika Materials 3 İyul 2015 20:21
206 çoxmərtəbəli binaya təbii qaz verilib.
Bu il 200-dən artıq çoxmərtəbəli binaya qaz verilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 3 iyul /Trend/

206 çoxmərtəbəli binaya təbii qaz verilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, "Azəriqaz" İstehsalat Birliyi 2015-ci ilin yanvar-iyun aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 206 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.

Qeyd edək ki, həmin binalarda ümumilikdə 3912 ailə yaşayır.

Ümumiyyətlə, "Azəriqaz" İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə "mavi yanacaq"la təmin olunmasında maraqlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti