Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir Azad Həsənli/
Britaniyanın BP şirkəti Xəzərin Azərbaycan sektorunda "Şəfəq-Asiman" blokunda birinci kəşfiyyat qazma işlərini planlaşdırmağa başlayır.
Trend xəbər verir ki, bu barədə BP-nin Azərbaycanda bu ilin yanvar-iyun ayları üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş hesabatında deyilir.
Məlumatda bildirilir ki, 2015-ci ilin I yarımilində "Şəfəq-Asiman" blokunda seysmik məlumatların interpretasiyası üzrə işlər başa çatıb: "İşlər 18 ay davam edib. İlk kəşfiyyat quyusunun qazılmasını planlaşdırmaq üçün təqribən bir il lazım olacaq".