...

Sabah da bu kəndlər qazsız qalacaq

Energetika Materials 14 Sentyabr 2015 17:43 (UTC +04:00)
Hacıqabul və Astara magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.
Sabah da bu kəndlər qazsız qalacaq

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

Hacıqabul və Astara magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, sentyabrın 15-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin "Yekəxana" və Astara magistral qaz kəmərləri sahəsinin "Orduxal" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Göyçay rayonunun Yekəxana, Qaraməryəm və Şahsoltanlı, həmçinin Lerik rayonunun Orduxal kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti