...

Ucar rayonunun 4 kəndinə ilk dəfə qaz verildi

Energetika Materials 14 Sentyabr 2015 18:21 (UTC +04:00)
Ucar rayonunun daha 4 kəndinə təbii qaz verilib.
Ucar rayonunun 4 kəndinə ilk dəfə qaz verildi

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

Bu gün Ucar rayonunun Ənvər Məmmədxanlı, Türkəçi, Pirkənd və Müsüslü kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş mərasimdə rayon İcra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə 682 abonenti olan kəndlərin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 91 150 metr uzunluğunda müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Çıxış edənlər kəndlərə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti