Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir Maksim Tsurkov/
SOCAR Kanadada neft yataqlarının işlənməsində maraqlıdır.
Trend-in məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.
Onun sözlərinə görə, SOCAR Kanada ilə artıq müəyən işgüzar əlaqələr qurub: "Ticarət şirkətimiz "SOCAR Trading" Kanadada aktiv işləyir. Hesab edirik ki, ticarət sahəsində neft sənayesində iş üçün böyük potensial var. Bu məqsədlə orada işləməyə hazırlaşırıq, Kalqaridə ofis açılacaq".
R. Abdullayev qeyd edib ki, dünyada neft qiymətlərinin azalması ilə əlaqədar enerji şirkətlərinin işi baxımından müəyyən dəyişikliklər baş verir: "Kanadada böyük həcmdə çətin çıxarılan neft və qaz ehtiyatları var. Fikrimcə, bununla məşğul ola bilərik".