Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir Maksim Tsurkov/
SOCAR Azərbaycanda "Muradxanlı-Cəfərli-Zərdab" quru neft yataqları blokunun işlənməsi üzrə Kanadanın "Zenith Energy" şirkətilə müqavilə imzalamağa hazırlaşır.
Trend-in məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.
Onun sözlərinə görə, müqavilə demək olar hazırdır: "Azərbaycan tərəfi müqavilənin imzalanması üçün icazəni verib. Hazırda sazişin qalan detalları işlənir".