Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir Maksim Tsurkov/
Fransanın "Total" şirkəti ilk dəfə Azərbaycanda platformanın sahildən elektrik təchizatı üzrə layihəni həyata keçirəcək. Trend-in məlumatına görə, bunu şirkətin nümayəndəsi Eduard Tibo Bakıda keçirilən Xəzər Texniki konfransında deyib.
Onun sözlərinə görə, "Abşeron" qaz-kondensat yatağı sahildən elektrik enerjisinin verilməsi üçün uyğun yerdədir.
E.Tibbo qeyd edib ki, platformanın avtomatlaşdırılmış idarəetmə sistemi dənizdə istismar xidmətinə çəkilən xərcləri azaldacaq: "Yatağın sahilə nisbətən yaxın yerləşməsi Səngəçalda qaz emalı zavodundan elektrik enerjisinin istifadəsini təmin edir".